"Qəbələ"nin futbolçusu: "Bunu Foqtsdan soruşmaq lazımdır"

14:00 - 3 May 2014

"Özümü millidə oynamağa hazır hiss edirəm"
 
Milli komandamızın ABŞ yığması ilə görüşün toplanışına Berti Foqtsun çağırdığı futbolçular demək olar ki, məlumdur. "Qəbələ"dən Kamran Ağayev və Volodimir Levinin dəvət olunması açıqlandıqdan sonra, komandanın futbolçusu Nizami Hacıyev millidən kənarda qalmağına görə təssüfünü gizlətməyib.
 
Hacıyev Sportal.az əməkdaşının "milli komandada özünü oynamağa hazır hiss edirsən?" sualını belə cavablandırıb:
 
"Niyə çağrılmadığımı Berti Foqtsdan soruşmaq lazımdır. Mən özümü millidə oynamağa hazır hiss edirəm. Baş məşqçidən də dəvət gözləyirəm".
 

Xəbər xətti