Premyer Liqada ayın ən yaxşı baş məşqçisi və futbolçusu müəyyənləşdi FOTO

15:44 - 3 May 2014

"Çelsi" və "Mançester Siti"nyə qol vuran forvard ən yaxşı seçildi
 
İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı baş məşqçisi və futbolçusu müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, "Kristal Pelas"ın çalışdırıcısı Toni Pulisin komandası apreldə 4 qələbə qazanaraq 11-ci yerə yüksəlib və premyer liqanı tərk etmək təhlükəsini üzərindən atıb.
 
Ayın ən yaxşı futbolçusu isə "Sanderlend"li Konnor Uikxem seçilib. 21 yaşlı forvard apreldə 5 qol vurub. O , "Çelsi" və "Mançester Siti" ilə görüşlərdə də fərqlənib.
 

Xəbər xətti