"Xəzər Lənkəran"la oyundan sonra komandada özünəinam yarandı"

00:03 - 4 May 2014

Mendi: "Son oyunlarda uğurlu nəticələr qazanmağımızın səbəbi..."
 
"Neftçi" ilə oyunda yaxşı oyun göstərib qələbə qazandıq. Artıq bu oyunu unudub "Bakı" ilə oyuna konsantrasiya olmalıyıq. Bizim üçün çempionatı yaxşı yerdə bitirmək üçün gözəl şansdır".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Qəbələ"nin hücumçusu Viktor Mendi bildirib. O, komandasının son oyunlarda uğurlu nəticələr qazanmağına da şərh verib:
 
"Son oyunlarda daha yaxşı oyun göstəririk. Bunun səbəbi oyunlara yaxşı köklənməyimiz və daha istəkli olmağımızdır. "Xəzər Lənkəran"la oyundan sonra komandada özünəinam yarandı. Əgər diqqət yetirsəniz, görərsiniz ki, daha çox qol epizodları yaradırıq. İnanırıq ki, son üç oyunun hər birində maksimum nəticə qazanacağıq".

Xəbər xətti