"Yuventus" oynamadan çempion oldu

01:58 - 5 May 2014

"Roma"nın məğlubiyyəti "ağ-qaralar" üçün kifayət etdi
 
İtaliya A Seriyasında çempion müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, ardıcıl 3-cü dəfə ölkə çempionu "Yuventus" klubu olub. 
 
"Roma"nın "Kataniya"ya 4-1 hesabı ilə məğlubiyyəti "Yuventus"u vaxtından əvvəl çempion edib. Bu klubun 31-ci çempionluğudur. Komandanın bir çempionluğu isə danışılmış oyunlar səbəbindən ləğv edilmişdi.

Xəbər xətti