Syomin ayrılıq siqnalı verdi: "Belə bir klubda namizədliyimin müzakirəsi xoşdur"

14:55 - 5 May 2014

Təcrübəli mütəxəssis "Spartak"a keçir?
 
"Qəbələ"nin baş məşqçisi Yuri Syominin "Qəbələ" karyerası yekunlaşmaq üzrədi.
 
Sportal.az xəbər verir ki, rusiyalı mütəxəssis ölkəsinin "Spartak" (Moskva) klubunu çalışdıra bilər. Moskva klubunun rəhbərliyi Syomini Rusiyaya gətirmək üçün bütün vasitələrə yol atırlar.
 
Klubun direktorlar şurasında da, Syominin gəlməsinin lehinə olan şəxslər var. Syomin özü isə bu barədə belə deyib:
 
“Belə bir klubda namizədliyimin müzakirəsi xoşdur. “Spartak”ın sadiq azarkeşlərdən ibarət böyük ordusu var və komanda böyük tapşırıqları yerinə yetirməyə qadirdir. Xüsusilə də, gələn mövsümdən komanda ev oyunlarını öz stadionunda keçirəcək”.

Xəbər xətti