ABŞ səfiri millimizin üzvləri ilə görüşüb FOTO

16:25 - 8 May 2014

Futbolçularımız ABŞ səfirliyində olub
 
Mayın 27-də San Fransisko şəhərində keçiriləcək ABŞ - Azərbaycan yoldaşlıq oyunu ilə əlaqədar viza alınması üçün bu gün milli komandamızın üzvləri və AFFA-nın əməkdaşları ABŞ-ın Azərbaycandakı səfirliyində olub.
 
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, səfir Richard Morningstar milli komanda ilə görüşərək rahat uçuş və uğurlu səfər arzulayıb.

AFFA-nın baş katibi Elxan Məmmədov R. Morningstara üzərində milli komandanın üzvlərinin imzası olan forma, top və AFFA-nın digər atributlarını hədiyyə edib. Öz növbəsində, səfir AFFA-ya kitab bağışlayıb.

Sonda xatirə şəkli çəkdirilib.
 

Xəbər xətti