Matçın ardından təəssüratlarnı gabalafc.az-la bölüşən Teymurov qələbəyə və qol hesabını açdığına görə sevincli olduğunu, qarşıda onları ciddi sınaqların gözlədiyini deyib:
"Əsas komandada qol hesabımı açdığıma görə çox sevinirəm. Bunun tarixi oyunda – avrokuboklara vəsiqə qazandığımız matçda olması mənim üçün ikiqat sevindiricidir. Mənə ən vacib oyunlarımızın birində fərqlənmək nəsib oldu. Həm klub rəhbərliyi, həm də komanda bizi avrokuboklara çıxaran bu qələbəni çoxdan gözləyirdi. İnşallah, Avropa Liqasında da öz sözümüzü deyəcəyik. Bu turnirdə bütün Azərbaycanı təmsil edəcəyimizdən, layiqli çıxış etməyə çalışacağıq. Avrokuboklara qədərsə daha bir ciddi sınağımız - Azərbaycan kubokunun final matçı var. Əgər mənə şans verilərsə, “Neftçi” ilə həmin oyunda da qol vurmağa çalışacağam. Məqsədimiz mövsümü ölkə kubokunun qalibi kimi başa vurmaq “Qəbələ”yə ilk titul qazandırmaqdır".