Yerli futbolçuları dəstəkləmək məqsədi ilə tətbiq olunacaq limitlə Avropa Birliyi ölkələrini təmsil etməyən futbolçuların sayına məhdudiyyət qoyulacaq. Federasiya prezidenti Qreq Dike bildirib ki, işçi vizası məsələsinə də yenidən baxılacaq.
Hazırda Premyer Liqanın 20 klubunda aralarında milli komandada oynamaq haqqı olan 66 yerli futbolçu var. Federasiya prezidenti 2022-ci ildə bu sayı 22-yə çatdırmaq istədiklərini bildirib.