Syomin: "Əvəzetmələr də hücumun kəsərini artırmağı nəzərdə tuturdu"
Premyer Liqanın 35-ci turudna "Qəbələ" səfərdə "İnter"lə qolsuz heç-eçəyə razılaşıb.
Sportal.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Yuri Syomin oyun haqqında fikirlərini bildirib:
"Hava çox isti idi. Oyunda yüksək sürət yox idi. Müdafiədə inamlı oynadıq, lakin hücumda qol imkanları yaratmağa çətinlik çəkirdik. Əvəzetmələr də hücumun kəsərini artırmağı nəzərdə tuturdu. Təəssüf ki, hücumlarımız alınmadı. Elnur Allahverdiyevin sarı vərəqə almasında problem görmürəm. Əksinə, ona qarşı qayda pozuntusuna yol verildiyini düşünürəm"
saytlarin hazirlanmasi