Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, çempionatın son oyununda doğma meydançada "Sumqayıt"ı qəbul edən "qırmızı-qaralar" rəqibi darmadağınla yola salıblar.
Nurlan Quliyev (3), Amin Seydiyevin, Azər İsmayılov və Rövlan Muradovun qolları Zaur Hacıyevin komandasına 6:0-lıq qələbə qazandırıb. Bu nəticədən sonra xallarının sayını 67-ə çatdıran "Qəbələ" çempionluğunu təmin edib.
Xatırladaq ki, sözügedən komanda U-13 (2010-2011) və U-15 (2012-2013) liqalarının qızıl, U-14 (2011-2012) liqasının isə gümüş medallarına sahib olmuşdu.