"Bavariya"nın futbolçusu "Mançester Yunayted"də

18:21 - 22 May 2014

Kroos karyerasını İngiltərədə davam etdirəcək
 
"Bavariya" aparıcı futbolçusu Toni Kroosla yeni müqavilə haqda danışıqları dayandırıb.
 
Sportal.az xəbər verir ki, bu barədə Münhen klubunun prezidenti Karl Hopfner məlumat verib.
 
Almaniya nəhənginin rəhbəri bildirib ki, təcrübəli yarımmüdafiəçi ilə danışıqları davam etdirmək niyyətində deyillər:
 
"Danışıqlar artıq dayanıb. Müəyyən maliyyə məhdudiyyətləri var. Biz ondan ondan kənara çıxa bilmərik".
 
Artıq bir müddəti Kroosun "Mançester Yunayted"ə transferi gündəmdədi. Hopfnerin bu açıqlamasından sonra futbolçunun yeni mövsümdən etibarən Premyer Liqada oynayacağını demək olar.
 
Daha öncə bildirilirdi ki, tərəflər 25 milyon avroya razılığa gəliblər. Kroosun "Bavariya" ilə müqaviləsinin müddəti növbəti mövsümün sonunda bitirdi.

Xəbər xətti