U-11 Liqasının qalibi müəyyənləşdi
Bu gün Bayıl stadionunda AFFA-nın U-11 Liqasının final oyunu keçirilib. Gəncəni təmsil edən TİM komandası ilə "Neftçi" arasında keçirilmiş qarşılaşma 2:0 hesabı ilə paytaxt futbolçularının xeyrinə yekunlaşıb.
Sportal.az xəbər verir ki, Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Final qarşılaşmasının ən yaxşı oyunçusu adına TİM komandasının üzvü Kənan Kərimov, Fair-Play mükafatına isə onun komanda yoldaşı Qüdrət Verdiyev layiq görülüb. 43 qolla liqanın bombardiri olan Ümid Səmədova ("Gəncə") xüsusi mükafat verilib.
Liqanı üçüncü pillədə başa vurmuş "Gəncə", ikinci yeri tutmuş TİM və turnirin qalibi "Neftçi" müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif edilib.
Sonda "Neftçi" komandasına kubok təqdim olunub.
Mükfatları AFFA-nın baş katibi Elxan Məmmədov, futbol veteranları Rüstəm Rəhimov və Nazim Süleymanov təqdim edib.
Qeyd: Fotolar affa.az saytından götürülüb.
saytlarin hazirlanmasi