"Gələn dəfə penaltiləri oyunun ən zəiflərinə həvalə edəcəyik"
Ölkə kubokunun finalında "Neftçi" penaltilər seriyasında "Qəbələ"ni məğlub edərək kubokun qalibi oldu.
Sportal.az xəbər verir ki, oyundan sonra Yuri Syomin qarşılaşmaya şərh verib:
"Birinci onu deyim ki, Azərbaycan kubokunun finalı yaxşı təşkil edilmişdi. Azarkeşlər tərəfindən yaxşı atmosfer yaradılmışdı. Komanda olaraq da pis oynamadıq. Sadəcə penaltilər seriyasında uduzduq. Mən Nizami Hacıyevin hərəkətinə əsəbiləşmişdim. Çünki o, meydanda vaxt apardı. Əslində o daha yaxşı ötürmə edə bilərdi. Bəlkə də qol olacaqdı. Biz penaltiləri ən yaxşı hesab etdiyimiz oyunçulara həvalə etmişdik. Onlar vura bilmədi. Marat bugünkü oyunun qəhrəmanı idi. Amma penalti vura bilmədi. Gələn dəfə penaltiləri oyunun ən zəiflərinə həvalə edəcəyik".
saytlarin hazirlanmasi