"Qəbələ" ilk transferini rəsmiləşdirdi FOTO

23:39 - 23 May 2014

Əmircanov: "Komandaya güclü azarkeş dəstəyi var"
 
2013-2014 mövsümünü bürünc medallarla tamamlayan "Qəbələ" yeni mövsüm üçün heyətini gücləndirməyə start verib.
 
Sportal.az xəbər verir ki, bu çərçivədə karyerası ərzində "Karvan", "Standard", "Neftçi" və "İnter" kimi komandalarda top qovmuş Ruslan Əmircanovla bir illik müqavilə imzalanıb. Əmircanov U-15, U-17, U-19, U-21 və Azərbaycanın əsas yığmasının da formasını geyinib.

Keçidin rəsmiləşməsinin ardından 29 yaşlı yarımmüdafiəçi fikirlərini gabalafc.az-la paylaşıb. O, "Qəbələ"nin formasını geyinəcəyinə görə məmnun olduğunu, yeni komandasının uğur qazanması üçün əlindən gələni əsirgəməyəcəyini deyib:

"Qəbələdə futbol üçün yaradılan şərait bütün futbolçuları bu komandada oynamağa həvəsləndirir. İnfrastruktur istənilən səviyyədədir. Komandaya güclü azarkeş dəstəyi var. Bütün bu göstəricilər futbolçu üçün vacibdir. Buna görə də "Qəbələ"nin formasını geyinəcəyimə görə çox məmnunam. "Qəbələ" böyük hədəfləri, iddiaları olan komandadır. Yeni komandamın həm olkədə, həm də Avropa Liqasında uğur qazanması üçün əlimdən gələni əsirgəməyəcəyəm". 

Xəbər xətti