"Qəbələ"dən ayrılmağı gözlənilən braziliyalı yeni müqaviləyə imza atdı FOTO

00:11 - 24 May 2014

"Heç vaxt bu klubu seçdiyimə görə peşman olmamışam"
 
"Qəbələ" aparıcı futbolçularından olan Luis Hilario Dodo ilə müqaviləni yeniləyib.
Sportal.az xəbər verir ki, yeni razılaşmaya əsasən braziliyalı futbolçu daha iki il "qırmızı-qara" formanı geyinəcək. Xatırldaq ki, Dodo 2011-ci ilin yayından "Qəbələ"nin şərəfini qoruyur. Yarımmüdafiəçi komandasının heyətində ən çox oyun keçirən futbolçudur. O, 107 dəfə "Qəbələ"nin uğuru üçün meydançaya çıxıb.

Yeni müqavilənin ardından Dodo təəsüratlarını gabalafc.az-la paylaşıb:

"Mən dəfələrlə bunu açıqlamışam: "Qəbələ"nin formasını geyinməkdən şərəf duyuram. Heç vaxt bu klubu seçdiyimə görə peşman olmamışam. Həmişə rəhbərlikdən və azarkeşlərimizdən dəstək, sevgi görmüşəm. Bu mövsüm qarşımıza qoyduğumuz məqsədə nail olduq. Tariximizdə ilk dəfə Avropa Liqasında çıxış edəcəyik. İstəyirəm ilk addımlarımız uğurlu olsun".
 
Qeyd edək ki, son günlərdə Dodonun komandadan ayrılacağı haqda söhbətlər gəzirdi

Xəbər xətti