Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. 41 qolla liqanın bombardiri olmuş "Xəzər Lənkəran"ın üzvü Musa Musazadəyə "Atena" şirkəti buts hədiyyə edib. Final qarşılamasının ən yaxşı oyunçusu, "Qəbələ"də çıxış edən Rauf Məhərrəmov Braziliyada keçiriləcək dünya çempionatının rəsmi topu "Brazuca" ilə təltif olunub. Fair Play mükafatına isə "Neftçi"nin futbolçusu Nihat Vəliyev layiq görülüb.
Liqanı üçüncü pillədə başa vurmuş "Bakı", ikinci yeri tutmuş "Qəbələ" və turnirin qalibi "Neftçi" müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif edilib. Sonda "Neftçi"yə kubok təqdim olunub.
Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, "Atropatena" şirkətinin İdarə Heyətinin sədri Elşad Rəsulov və futbol veteranı Rüstəm Rəhimov təqdim edib.