Foqts: "Azərbaycan əhalisinin 4 milyonu bu qarşılaşmanı həyəcanla gözləyir" MÜSAHİBƏ

13:00 - 26 May 2014

"Mən Azərbaycanda oluram və hazırda sizin yanınızda – San-Fransiskodayam"
 
San-Fransiskoda təlim-məşq toplanışında olan və mayın 28-də ABŞ-la qarşılaşacaq Azərbaycan millisinin oyunun keçiriləcəyi "Candlestick Park" stadionunda açıq məşqi olub.
 
Sportal.az apasport.az-a istinadən, millimizin baş məşqçisi Berti Foqtsun müsahibəsini təqdim edir:
 
- Hazırlıq barədə nə deyə bilərsiniz?
- Artıq bir neçə gündür hazırlığımız davam edir. Komanda məşq prosesini uğurla davam etdirir. Ancaq unutmaq olmaz ki, 12 saatlıq fərq var və bu amil futbolçuların da hazırlıq prosesinə öz təsirini göstərir. Bu baxımdan yaranan problemləri aradan qaldırmağa çalışırıq.
 
- ABŞ millisini həmyerliniz Yurgen Klinsmann çalışdırır. Onun Birləşmiş Ştatlardakı çalışdığı müddəti necə dəyərləndirirsiniz?
- Mən Yurgeni 17-18 yaşlarından tanıyıram. Futbolçu kimi kifayət qədər uğurlar qazanmış bir simadır. Onu da qeyd edim ki, məşqçilik karyerasını da çox uğurlu saymaq olar. ABŞ millisində onun fəaliyyətini uğurlu adlandırardım. Onun komandası bir müddət sonra dünya çempionatının final mərhələsinə yollanacaq. O, artıq amerikalılar kimi düşünür və işinin öhdəsindən çox yaxşı gəlir. Bu isə həm komanda, həm də onun karyerası üçün çox yaxşı bir addımdır.
 
- Azərbaycan millisini ABŞ-ın dünya çempionatındakı rəqiblərindən olan Portuqaliya ilə oyun üslubu baxımından müqayisə etmək olar?
- Əsla. Bu müqayisə heç düzgün olmazdı. Portuqaliya milli komandası hazırda reytinq baxımından dünyanın ən güclü 3-cü komandasıdır. Digər rəqibiniz Almaniya seçməsi sıralamada ikinci, Azərbaycan milli komandası isə 85-ci yerdə qərarlaşıb. Ona görə bu milliləri müqayisə üçün eyni tərəziyə qoymaq doğru olmazdı. Nə taktiki, nə də texniki baxımından.
 
- Bir neçə gün sonra siz yeni bir iş üçün dünya çempionatına yollanacaqsız. Söhbət Klinsmannın məsləhətçisi kimi işləməyinizdən gedir. Bu barədə nə deyə bilərsiniz?
- Bu danışıq, təbii ki, əvvəlcə AFFA prezidenti tərəfindən razılaşdırıldı və daha sonra baş katiblə məsləhətləşmələrdən sonra mənim bu vəzifədə işləməyim məqsədəuyğun sayıldı. Bu mənim işim baxımından da uğurlu addım oldu. Çünki dünya çempionatında bizim gələcək seçmə mərhələdəki rəqiblərimizdən olan İtaliya və Xorvatiya komandaları da mübarizə aparacaqlar. Təbii ki, bütün bu məqamlar mənim dünya çempionatındakı fəaliyyətimin kifayət qədər xeyirli olacağından xəbər verir. Həm Amerika, həm də Azərbaycan milli komandası üçün.
 
- ABŞ-ın qrupdakı rəqiblərindən Almaniya millisi haqda nə deyə bilərsiniz?
- Mən bu barədə heç nə deyə bilmərəm. Mən Azərbaycanda oluram və hazırda sizin yanınızda – San-Fransiskodayam. Almaniya seçməsinin hazırkı durumu barədə nəsə demək asan deyil. Ancaq sizin qeyd etdiyiniz kimi bəzi çatışmazlıqlar olsa da, mənə elə gəlir ki, dünya çempionatının startına qədər bu aradan qaldırılacaq və komanda mundiala tam hazır vəziyyətə gətiriləcək.
 
- ABŞ-la yoldaşlıq görüşünə Azərbaycanda maraq necədir?
- Bildiyiniz kimi, AFFA-nın baş katibi də hazırda San-Fransiskodadır. O ki qaldı azarkeşlərə, görüş Bakı vaxtilə səhər saat 7-də olacaq. Azərbaycan əhalisinin 4 milyonu bu qarşılaşmanı həyəcanla gözləyir.
 
- ABŞ millisinin Azərbaycandan sonra Türkiyə ilə də yoxlama görüşü var. Türkiyə komandasını Portuqaliya və Almaniya yığmasına bənzətmək olar?
- Xeyr, Türkiyə nə Portuqaliya, nə də Almaniya seçməsi ilə müqayisə olunmalıdır. Türkiyə futbolçuları bir qədər Azərbaycan millisinə bənzər oyun nümayiş elətdirirlər. Sadəcə, türkiyəli futbolçuların bir sıra güclü çempionatlarda mübarizə aparması bu komandanı daha güclü edir.

Xəbər xətti