- Yeddi il keçirdiyiniz legioner həyatı sizi dəyişdimi?
- İstənilən halda 7 il önəmli müddətdir. Əminəm ki, bu illər boşa keçməyib. Həmin illər məni həm futbol, həm də həyat baxımından möhkəmləndirdi. Ən azından daha intizamlı və məsuliyyətli oldum.
- Azərbaycanın "Qəbələ" klubuna keçidin mencerin Paulo Barbozonun vasitəsilə oldu?
- İlk növbədə Yuri Syominə minnətdaram. Gizlətmirəm, “Qəbələ”yə yalnız ona görə getmişdim.
- Yəni sizi futbolçu kimi məhz Syomin kəşf edib...
- Belə demək olar.
- "Qəbələ"yə keçidinlə bağlı danışıqlar necə alındı? Siz Portuqaliyada əyləşib qəhvənizi içirdiniz və birdən zəng gəldi...
- Gəlin unutmayaq ki, həmin vaxt mən bir neçə ay oynamamaqla yanaşı, məşq də etmirdim. Niyə? Açıqlamaq istəmədiyim səbəblər var. Amma Syominin zəngi yerinə düşdü.
- Siz hələ də "Porto"ya məxsussunuz?
- Hələ bir illik müqaviləm var.
- Axı bu addım riskli idi. Hazırlıqsız və tanımadığınız çempionata yollanırdınız...
- Özümə gəlmək və əvvəlki oyunumu bərpa etmək üçün şans yaranmışdı. Ən əsası isə o idi ki, mən Azərbaycanda oynamaq imkanı əldə etdim.
- Buna peşman deyilsiniz?
- Əksinə. Çox şadam ki, 100 faiz düzgün addım atmışam. “Qəbələ”də hər şey xoşuma gəldi, mənə çox rahat idi. Hiss edirəm ki, komandaya lazımam.