"Onlar həm məni və həm də komandanı dəstəkləyirdilər"
"Syomin dünya səviyyəli mütəxəssisdir. Özünün bütün peşəkar keyfiyyətlərindən savayı, o, anlaşıqlı, xeyirxah adamdır. Bütün karyeram ərzində onunla isti münasibətlərim qalır. Syomin “Qəbələ”nin tarixinə komandanı ilk dəfə avrokuboklara çıxarmış şəxs kimi düşüb. Bu, çox şeyi deyir".
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Marat İzmayılov UEFA-nın rəsmi saytına açıqlamasında bildirib. Marat "Qəbələ" azarkeşləri haqqında da xoş sözlər söyləyib:
"Burada əla futbol azarkeşləri var. Onlar həm məni və həm də komandanı dəstəkləyirdilər. Ev oyunlarında stadion demək olar ki, dolu olurdu. İndi klub daha tutumlu yeni arena tikir. Ancaq Avropa Liqasının qarşıdakı oyunlarını “Qəbələ” hələ Bakıda keçirəcək".
İzmayılov sonda Azərbaycan haqqında da fikirlərini dilə gətirib:
"Əlbəttə, dil, qarşılaşdığım əvvəlki dillərdən çox fərqlənir. Mən bu dildə başa düşmürəm. Ancaq demək olar ki, əksəriyyət rus ya ingiliscə danışırdı. Belə ki, problem yaşanmırdı. Ümumiyyətlə, mən hər şeyə tez uyğunlaşdım. Azərbaycan dini ölkədir. Bu sözün yaxşı mənasında İnsanlar təmizkardırlar, intizamı sevirlər. Mədəniyyətin özü çox zəngindir. Mən burada özüm üçün çox yeniliklər kəşf etdim."
saytlarin hazirlanmasi