Yağış da mərasimə mane ola bilmədi
	 
	Az öncə Qəbələdə güclü yağış yağdığını və saat 18:00-da başlamalı olan "III Qabala Cup" turnirin açılış mərasiminin gecikdiyi xəbərini vermişdik.
	 
	Sportal.az-ın Qəbələdə iştirak edən əməkdaşı xəbər verir ki, yağış qüvvətini azaldıb və hazırkı dəqiqələrdə açılış mərasimi baş tutur. Turnirdə iştirak edən komandalar təqdim edildikdən sonra isə "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfova söz verilib və o, turnir haqqında geniş məlumatları futbolsevərlərə çatdırır.
	 
                      
saytlarin hazirlanmasi