"Fənərbaxça"nın futbolçusu: "İstəyirdik ki, "Qəbələ" yarımfinala çıxsın"

16:28 - 30 May 2014

"Göstərdiyimiz oyun qürur vericidir"
 
"III Qəbələ Kuboku"nda qrup mərhələsi başa çatıb.
 
Bu gün qrup mərhələsinin son turunda "Fənərbaxça" "Udineze"ni 2:0 hesabı ilə məğlub edib.  Oyundan sonra qolların müəllifləri Berkay Kara və Tarık Zorlukol öz sevinc hisslərini Sportal.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı ilə bölüşüb:
 
Berkay Kara: “Gözəl futbol oynadıq və hər üç oyunu qalib gəldik. Komanda yoldaşlarıma təşəkkür edirəm. Göstərdiyimiz oyun qürur vericidir. Yarımfinalda “Rapid”lə qarşılaşacağıq və həmin younda qələbə qazanıb finala yüksəlmək istyərik”.

Tarık Zorlukol: “Komanda oyunu oynadıq.  Baş məşqçi bizdən, biz də baş məşqçimizdən razıyıq. Biz qalib gəlməliydik, ki, “Qəbələ” qrupdan çıxsın. Biz də çox istəyirdk ki, “Qəbələ” qrupdan çıxsın, çünki onlar bizim qardaş komandamızdır. Yarımfinaldayıq, biz “Fnərbaxça”yıq və kimsədən qorxumuz yoxdur”.

Xəbər xətti