Sportal.az xəbər verir ki, bunun ardından pley-off görüşlərinə start verilib.
Azərbaycan təmsilçilərindən "Qəbələ" yarımfinala vəsiqə uğrunda "Liverpul"la qarşılaşıb və rəqibi ilə 2:2 bərabərə qalıb. İlk iki oyunda məğlub olmaqla yarımfinala yüksəlmək şansını itirən "Neftçi" isə son turda "Anderlext"lə üz-üzə gəlib. "Ağ qaralar" bu görüşü də məğlub başa vurublar - 0:1.
A qrupunu ikinci pillədə başa vuran "Qəbələ" yarımfinalda "Anderlext"lə üz-üzə gəlib. Görüşdə hesabı "Qəbələ" açsa da, üstünlüyünü sona kimi qoruya bilməyib. Oyun "Anderlext"in 4:1 hesablı qələbəsi ilə başa çatıb.
"Fənərbaxça" isə "Rapid"i məğlub edərək finala yüksəlib. Beləliklə, "Qəbələ" və "Rapid" komandaları iyunun 1-i üçüncü yer üçün üz-üzə gələcək.
5-8-ci yerlər uğrunda oyunda "Neftçi" "Udineze"yə, "Lokomotiv" isə "Liverpul"a uduzub. Bununla da iyunun 1-i "Udineze və "Liverpul" beşinci, "Neftçi" və "Lokomotiv" isə yeddinci yer uğrunda yarışacaq.
30 may
III Qəbələ kuboku
5-8-ci yerlər uğrunda
21:00. "Udineze" - "Neftçi" - 1:0
21:00. "Lokomotiv" - "Liverpul" - 1:2
Yarımfinal
19:40. "Anderlext" - "Qəbələ" - 4:1
18:30. "Fənərbaxça" - "Rapid" - 1:0