Syomin Almeyda və Reynaldonu yanına aparır?

03:57 - 31 May 2014

Rusiyalı mütəxəssis bəzi futbolçuları "Mordoviya"ya aparmaq istəyir
 
Rusiya “Mordoviya”sına baş məşqçi təyin edilən Yuri Syomin Premyer Liqamızda oynayan əcnəbiləri sərəncamında görmək istəyir.
 
Sportal.az fanat.az-a istinadən xəbər verir ki, Syomin “Qəbələ”də rəhbərliyi altında top qovmuş İbrahima Niasseni Rusiyanın elitasına vəsiqə qazanan “Mordoviya"ya aparmaq fikrinə düşüb. Rus çalışdırıcı eyni zamanda, “Qarabağ”ın braziliyalılarının - Riçard Almeydayla Reynaldonu da gözaltı edib. Təbii ki, adıçəkilən əcnəbilərin Azərbaycan təmsilçiləriylə müqavilələri var. Ancaq “Mordovi”ya rəhbərliyi klublarımıza para təklif etməyə də hazırdı.
 

Xəbər xətti