"Qəbələ"dən insanlıq dərsi: Ümidlə başlayan oyun

15:48 - 1 İyun 2014

Topa ilk toxunuşu o etdi
 
Bu gün “III Qəbələ Kuboku” yarışına yekun vurulacaq.
 
Sportal.az xəbər verir ki, turnirdə hazırda 3-cü yer uğrunda yarış keçirilir. Oyunda “Qəbələ” və “Rapid” üz üzə gəlirlər.

Oyun isə fərqli şəkildə start götürüb. Topa ilk toxunuşu klubun U-13 komandasının üzvü Ümid Məmmədov edib ki, bir müddət öncə onun nəinki topa toxunmağa, heç yaşamağa ümidi yox idi.

Qan xəstəliyindən əziyyət çəkən yeniyetmə məhz “Qəbələ”nin təşəbbüsü ilə Belarusiyada müalicə olunub. Məhz həmin müalicədən sonra Ümid həyata ümidlənib və karyerasını davam etdirib.

 

 

Xəbər xətti