Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ" klubuna baş məşqçi təyin olunacağı gözlənilən İvaylo Petev Bolqarıstan mətbuatına açıqlamasında deyib.
38 yaşlı mütəxəssis "Botev" klubundan təklif aldığını, ancaq "Qəbələ" ilə danışıqlarının olmadığını bildirib: "Botev" klubundan təklif almışam. Lakin Azərbaycan klubu ilə bağlı xəbərlər doğru deyil. Bu xəbərlərin haradan çıxdığını bilmirəm".
Qeyd edək ki, Petevin yaxın günlərdə "Qəbələ" ilə 2 illik müqavilə imzalayacağı gözlənilir