"Qəbələ" bunu gözləmirdi

11:27 - 11 İyun 2014

Petev AEL-də qaldı
 
"Qəbələ" klubuna baş məşqçi təyin olunacağı gözlənilən İvaylo Petev hazırkı komandası AEL-də (Kipr) qalmağa qərar verib.

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis Limassol təmsilçisi ilə müqavilənin müddətini 2016-cı ilə qədər uzadıb.

Qeyd edək ki, "Qəbələ" rəhbərliyi Petevlə razılığa gəldiklərini və  yaxın günlərdə onunla iki illik müqavilə imzalayacaqlarını bildirmişdilər.

Xəbər xətti