5 cavabsız top
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması bu gün UEFA-nın təşkil etdiyi inkişaf mini-turnirində sonuncu oyununu keçirib.
Sportal.az xəbər verir ki, millimizin rəqibi bu turnirə ev sahibliyi edən Bosniya və Herseqovina yığması olub.
Sarayevoda keçirilən matç yığmamızın məğlubiyyəti ilə nəticələnib. Mirbağır İsayevin yetirmələri 5 cavabsız qola üzülüblər.
Qeyd edək ki, Azərbaycan 17 yaşlıları əvvəlki oyunlarında Monteneqroya qalib gəldiyi halda (1:0), Şotlandiyaya məğlub olmuşdu - 1:3.
saytlarin hazirlanmasi