Barbara yeni baş məşqçidən nə tələb etdi?

14:55 - 14 İyun 2014

"Əfsuslar olsun ki, Inzagidən əvvəl baş məşqçilər işinin öhdəsindən gələ bilmədilər" 
 
“Milan”ın vitse-prezidenti Barbara Berluskoni komandanın yeni baş məşqçisi Filippo İnzaginin qarşısına nə məqsədlər qoyulduğunu açıqlayıb.
 
Sportal.az xəbər verir ki, Silvio Berluskonin qızı “Milan”ın avrokuboklardan kənarda qalmasına göz yuma bilmir. Odur ki, Barbara komandanın baş məşqçi postunu tapşırdığı İnzagidən yeni mövsümdə çox şeylər gözləyir:    
 
“İnzagi ilə görüşdə növbəti çempionatın planlarını cızmışıq. “Milan”  kimi köklü bir komandanın hədəfi bir olmalıdır – İtaliya çempionu və Çempionlar Liqasını qazanmaq. Əfsuslar olsun ki, Inzagidən əvvəl baş məşqçilər işinin öhdəsindən gələ bilmədilər. Bunun nəticəsində “Milan” abrokuboklardan kənarda qaldı. Bunun qarşılığını yeni mövsümdə əvəzini çıxmalıyıq”. 

Xəbər xətti