"Çelsi"nin istədiyi ukraynalı futbolçu

15:03 - 15 İyun 2014

London klubu 12 milyon təklif edib
 
"Çelsi" Kiyev "Dinamo"sunun yarımmüdafiəçisi Andrey Yarmolenkoyla maraqlanır.
 
Sportal.az xəbər verir ki, London klubu ukraynalı futbolçuya görə 12 milyon funt sterlinqindən keçməyə hazırdı.

Keçən mövsümdə "zadəganlar" Yarmolenkonu 20 milyon funt sterlinqə heyətlərinə qatmaq istəmişdilər, ancaq transfer baş tutmamışdı.

24 yaşlı futbolçunun "Dinamo"da qalmaq istədiyi bildirilir. Buna baxmayaraq, "Çelsi"nin sahibi Roman Abramoviçin vasitəsilə transfer reallaşa bilər.

Daha öncə İngiltərənin digər aparıcı klubları "Arsenal" və "Liverpul"un da Yarmolenkoyla maraqlandığı haqqında xəbərlər yayılmışdı.

Xəbər xətti