Akinfiyev üzr istədi
Rusiya millisinin futbolçusu İqor Akinfiyev DÇ-2014-ün Koreyaya qarşı matçındakı kobud səhvinə görə azarkeşlərdən və komanda yolaşlarından üzr istəyib.
Sportal.az xəbər verir ki, o, Rusiya mətbuatına açıqlamasında bunları dilə gətirib:
“Bu, kobud səhv idi və mənim vicdanıma yazılmalıdır. Belə qol buraxmaq həyəcandan yox, inamsızlıqdan irəli gəldi. Problem topda yox, mənim əllərimdə idi. Belə məqamda bütün normal insanlar üzr istəməlidir, mən də eyni addımı atıram. Milli komandanın qapıçısı bu cür qol buraxmamalıdır”.
saytlarin hazirlanmasi