Millimiz bu dəfə Tacikistana məğlub oldu

14:16 - 25 İyun 2014

Növbəti oyun İspaniya ilədir
 
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Astana şəhərində təşkil olunmuş "Prezident kuboku" turnirində bu gün ilk oyununu keçirib.
 
Sportal.az xəbər verir ki, Tacikistan komandası ilə qarşılaşan yığmamız rəqibinə 1:2 hesabı ilə məğlub olub.
 
Komandamızın qolunu Emil Əliyev vurub. Yığmamız turnirdə növbəti oyununu iyunun 27-da, Bakı vaxtı ilə saat 15:00-da İspaniya yığmasına qarşı keçirəcək.

Xəbər xətti