"Qəbələ"dən ayrılan İzmayılovun yeni iş yeri məlum oldu

12:13 - 4 İyul 2014

Futbolçu Rusiya çempionatında mübarizə aparacaq
 
Futbol üzrə Rusiya yığmasının keçmiş yarımmüdafiəçisi Marat İzmayılov Rusiya Premyer-liqasına qayıdır.
 
Sportal.az xəbər veror ki, 31 yaşlı futbolçu növbəti mövsümü “Krasnodar” klubunda keçirəcək. “Portu” futbol klubunun yarımmüdafiəçisi Marat İzmayılov növbəti mövsümdə “Krasnodar” klubunda icarəyə götürülmüş oyunçu kimi çıxış edəcək. Ötən mövsümü də icarə hüququnda keçirmiş bu futbolçu Azərbaycanın “Qəbələ” klubunda respublika çempionatında 14 matçda oynamış və bir qol vurmuşdu.

Marat İzmayılov 2000-2006-cı illərdə Moskvanın “Lokomotiv” komandasının heyətində oynayıb, sonra Portuqaliyaya köçüb gedib, bu ölkədə “Sportinq” və “Portu” klublarının heyətində çıxış edib.

Xəbər xətti