"Roma" təcrübəli futbolçunu heyətinə qatmaqda israrlıdır
Azad agent statusu ilə Roma klubuna keçməyi planlaşdıran kamerunlu futbolçu bu gecə danışıqlara başlayacaq.
Sportal.az xəbər verir ki, "Roma" klubunun səlahiyyətlisi Rudi Qarsia Samuel Etonu komandada görmək istədiklərini bildirib.İlkin məlumatlara görə, danışıqlar müsbət yekunlaşsa, Samuel Eto həftəyə 48 min avro əmək haqqı alacaq.
Qeyd edək ki, "Roma" tezliklə "Çelsi"nin sabiq futbolçusu Eşli Koulu da heyətinə qatmaq istəyir.
saytlarin hazirlanmasi