"Neftçi" və "İnter"in Avroliqadakı oyunlarının baş hakimləri müəyyənləşdi

16:23 - 14 İyul 2014

"Neftçi" üçün belarus, "İnter" üçün italiyalı hakim

 

Azərbaycanı Avropa Liqasında təmsil edən "İnter"lə "Neftçi"nin bu turnirin ikinci təsnifat mərhələsindəki ilk oyunlarına hakim təyinatları açıqlanıb.

 

 

Sportal.az xəbər verir ki, "İnter" bu mərhələdə İsveç "Elfsborq"u, "Neftçi" isə Sloveniya "Koper"i ilə qarşılaşacaq.


 

"Bankirlər"in İsveç təmsilçisi ilə səfər matçını italiyalı Davide Massa idarə edəcək. Bu oyun iyulun 17-də "Boras Arena"da keçiriləcək və saat 21:00-da başlayacaq.

 

"Ağ-qaralar"ın sloveniyalılarla ilk oyunu isə belaruslu Denis Şerbakova tapşırılıb. Görüş Bakıda, "Bakcell Arena"da baş tutacaq. Oyun saat 20:00-da başlayacaq.

Qeyd edək ki, hər iki komandamız cavab matçına bir həftə sonra çıxacaq.

Xəbər xətti