Baş katib yığma komanda ilə görüşüb FOTOLAR

13:41 - 15 İyul 2014

Elxan Məmmədov qaliblərlə söhbət edib
 
Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb.
 
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş katib yığmamızı Bosniya və Herseqovinanın Sarayevo şəhərində təşkil olunmuş UEFA-nın inkişaf mini-turnirinin qalibi olması münasibətilə təbrik edib, gələcək oyunlarda futbolçularımıza uğurlar arzulayıb. Sonra xatirə şəkli çəkdirilib.

Xatırladaq ki, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması iyunun 17-dən 20-dək müddətdə Sarayevo şəhərində təşkil olunmuş UEFA-nın inkişaf mini-turnirində keçirdiyi hər üç oyunu qələbə ilə başa vurmuşdu. Yığmamız ilk oyunda Bosniya və Herseqovina komandasını 4:0, ikinci qarşılaşmada Makedoniya komandasını 2:1,  son oyunda isə Monteneqro yığmasını 3:0 hesabı ilə məğlub etmişdi.
 
 

Xəbər xətti