Əliyar Ağayev Avropa Liqası oyununa təyinat aldı

20:31 - 28 İyul 2014

Hakimlərimiz Avropa Liqasının III təsnifat mərhələsinə təyinat alıblar
 
Əliyar Ağayevin başçılıq etdiyi dəstə Qazaxıstanın "Şaxtyor Karaqanda" və "Xorvatiyanın "Hayduk" kollektivləri arasında keçiriləcək oyunu idarə edəcək.
 
Sportal.az xəbər verir ki, Əliyar Ağayevə bu oyunda yan xətt hakimləri Zeynal Zeynalovla Namiq Hüseynov kömək edəcəklər. Dördüncü hakim isə Anar Salmanov olacaq.
Qeyd edək ki, bu oyun iyulun 31-də Karaqandidə keçiriləcək və Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

Xəbər xətti