Əliyar Ağayev idarə etdi: 6 qol və 5 sarı vərəqə

01:13 - 1 Avqust 2014

Gənc referimiz Avroliqada növbəti oyununu idarə edib
 
Azərbaycanlı hakimlər Avropa Liqasında daha bir oyun idarə edib. Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası "Şaxtyor" (Qazaxıstan) - "Hayduk" (Xorvatiya) matçını idarə edib.
 
Sportal.az xəbər verir ki, FIFA referimizin 6 qol qeydə aldığı oyunda meydan sahibləri 4:2 hesablı qələbə qazanıb. Ağayev 78-ci dəqiqədə "Şaxtyor"un qapısına penalti təyin edib. Topa yaxınlaşan Mijo Çaktaş dəqiq zərbə ilə hesabı 3:2-yə çatdırıb.   Referi 5 sarı vərəqə göstərib. O, ancaq meydan sahiblərinin oyunçularını cəzalandırıb. Qeyd edək ki, Ağayevə Zeynal Zeynalovla Namiq Hüseynov yardım edib. Matçın dördüncü hakimi Anar Salmanov olub.

Xəbər xətti