Berti Foqts: "Ələkbər Məmmədovun vəfatı Azərbaycan futbolu, ümumilikdə, idmanı üçün ağır itkidir"
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts futbol veteranı, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədovun vəfatı ilə əlaqədar başsağlığı verib. Sportal.az xəbər verir ki,almaniyalı mütəxəssis veteran futbolçunun itkisi ilə bunları söyləyib:
"Ələkbər Məmmədovun vəfatı Azərbaycan futbolu, ümumilikdə, idmanı üçün ağır itkidir. Onun yoxluğu hər zaman özünü göstərəcək. Ələkbər Məmmədovla bir neçə il əvvəl tanış olmağımıza baxmayaraq, çox xoş və səmimi ünsiyyətimiz vardı. Onun bütün varlığı futbola bağlı idi və söhbətin hansı mövzu ətrafında getməsinə baxmayaraq, o, mütləq futbol barədə söz salırdı.
Onun vaxtilə çıxış etdiyi komandalar üçün nə qədər önəmli futbolçu olduğunu, hər zaman qələbəyə kökləndiyini, məşqçi işlədiyi dövrdə isə rəhbərlik etdiyi komandanın üzvlərinə böyük qayğı ilə yanaşdığını bilirəm. Ələkbər Məmmədov AFFA-nın yeni yarandığı dövrlərdə, çətin şəraitdə Azərbaycan milli komandasına rəhbərlik edib, bu ağır işin öhdəsindən də ləyaqətlə gəlib. Onun ailəsinə, yaxınlarına, Azərbaycan futbol ictimaiyyətinə bu ağır itki ilə əlaqədar başsağlığı verir, səbr diləyirəm"
saytlarin hazirlanmasi