Klub pley-offda mübarizə aparacaq
Dünən keçirilən cavab oyununda "Zalsburq"a yenilən Ağdamın "Qarabağ" klubu Avropa Liqasında yoluna davam edəcək.
Sportal.az xəbər verir ki, klubun bu mərhələdəki 19 potensial rəqibi artıq müəyyənləşib. "İnter", "Totenhem", "Villarreal", "Tvente", "Metalist Xarkov", PAOK, "Seltik", "Dnipro", "Trabzonspor", "Panathonaikos", "Sparta Praqa", "Borussia Möncehngladbax", "Dinamo Zaqreb", "Lokamatov Moskva", "Rapid", "Sürix", "Nasional", "Şeriff", "Makkabi Təl-Əviv" klubumuza rəqib ola bilər.
Qeyd edək ki, digər 12 klub isə bu gecə keçiriləcək Avropa Liqasının III təsnifat mərhələsindən sonra bilinəcək.
saytlarin hazirlanmasi