"Qarabağ"la "Neftçi"nin rəqibləri bəlli oldu

16:15 - 8 Avqust 2014

"Neftçi" "Partizan"la, "Qarabağ" "Tvente" ilə qarşılaşacaq

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılır.

Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Bu turnirdə mübarizə aparan iki Azərbaycan təmsilçisi - son ölkə çempionu "Qarabağ"la kubokun qalibi "Neftçi" də öz rəqibini tanıyacaq.

Həm "Qarabağ", həm də "Neftçi"nin reytinq xalı o qədər də yüksək olmadığı üçün, onlar daha zəiflərin qərarlaşdığı səpələnməmişlər səbətində yer alıblar. Bir sözlə, komandalarımız səpələnmişlər səbətində yer alan və özlərindən daha güclü aşağıdakı rəqiblərlə qarşılaşmalı olacaq:

"Qarabağ" (Azərbaycan) - "Tvente" (Hollandiya) 
"Neftçi" (Azərbaycan) - "Partizan" (Serbiya) 
 
Qeyd edək ki, "pley-off" mərhələsinin oyunları 21-28 avqust tarixlərində keçiriləcək. 

Xəbər xətti