"Neftçi" bir, "Qarabağ" iki pillə geriləyib
	 
	UEFA Avropa kuboklarında yarışan klubların yeni reytinq siyahısı açıqlayıb.
	 
	Sportal.az-ın xəbərinə görə, qurumun rəsmi saytında dərc olunan reytinqdə son beş mövsümdə (2010/11, 2011/12, 2012/13, 2013/14, 2014/15) qitə miqaylı turnirlərdə mübarizə aparan Azərbaycan klublarının adı da daxil edilib.
	 
	450 komandanın yer aldığı reytinqdə ölkəmizdən yeddi komanda var.
	 
	Hələlik ən yaxşı göstərici Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Neftçi” və “Qarabağ”a məxsusdur. Bakı təmsilçisi UEFA-nın özünün rəsmən açıqladığı son reytinqlə müqayisədə 1 pillə geriləyərək 191-ci pilləyə, Çempionlar Liqasında “Zalsburq”a uduzaraq turnirdə çıxışını başa vuran “Qarabağ” isə 2 pillə geriləyərək 216-ci pilləyə enib.
	 
	Ümumilikdə, komandalarımızın UEFA reytinqindəki mövqeyi aşağıdakı kimidir:
	 
	191. “Neftçi”   (-1)
	216. “Qarabağ”  (-2)
	263. “İnter” (+17)
	300. “Xəzər Lənkəran”  (-14)
	344. “Bakı” (-7)
	374. “Qəbələ”  (+7)
	375.  AZAL  (-8)
                      
saytlarin hazirlanmasi