"Partizan" borc içində "boğulur"

13:16 - 14 Avqust 2014

Klub rəhbərliyi vəziyyətdən çıxış yolu axtarır
 
"Partizan" klubunun vitse-prezidenti Ratomir Babiç bildirib ki, Avropa Liqasının pley-off mərhələsinin oyunları ərəfəsində komanda daha bir neçə oyunçusu ilə yollarını ayıra bilər. Sportal.az xəbər verir ki, ciddi maliyyə problemləri ilə üz-üzə qalan Serbiya təmsilçisinin rəsmisi son durumu belə dəyərləndirib:
 
"Yeni mövsümün startı ərəfəsində biz bu qədər oyunçumuzun komandanı tərk edəcəyini gözləmirdik. Klubun indiki durumu xoşuma gəlmir. Bir neçə gündən sonra klubun növbədənkənar iclasını keçirmək və orada bir sıra vacib məsələləri qaldırmaq istəyirəm".
 
Bu arada məlum olub ki,  "Partizan" klubunun 39 milyon borcu var.  Qeyd edək ki, Avroliqanın pley-off mərhələsində Serbiya klubu "Neftçi" ilə qarşılaşacaq. 

Xəbər xətti