Milli komandamız yerində sayır

13:35 - 14 Avqust 2014

FİFA reytinqində 73-cü pilləni qoruduq 
 
FİFA milli komandaların reytinq cədvəlini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, sonuncu dəfə iyulun 17-də dərc olunan siyahıda ciddi dəyişikliklər olmayıb. Buna da səbəb yığma komandaların geridə qalan 4 həftədə oyunlar keçirməməyi olub.
 
Bu müddətdə yoxlama matçı keçirməyən Azərbaycan yığması da mövqeyini qoruyub. Ötən ay 73-cü pillədə qərar tutan komandamız mövqeyini qorumaqla tarixinin ən yaxşı nəticəsini təkrarlayıb. Millimiz bu dəfə hesabını 3 xal artırsa da, irəliləməyə müvəffəq olmayıb. Berti Foqtsun başçılıq etdiyi millimiz Avropada 37-ci olub. 
 
AVRO-2016-nın seçmə mərhələsindəki millmizin qrupdakı 5 rəqibindən yalnız biri – Xorvatiya 1 pillə irəliləməyi bacarıb.
Reytinq cədvəlinin ilk “onluğ”unda da dəyişiklik baş verməyib. Yeganə fərq Ötən ay 8-ci olan İspaniyanın xal hesabında Braziliyaya çatmasıdır.
 
İlk “onluq”
 
1 (1). Almaniya – 1736
2 (2). Argentina – 1604
3 (3). Hollandiya - 1507
4 (4). Kolumbiya – 1495
5 (5). Belçika – 1407
6 (6). Uruqvay - 1316
7 (7). Braziliya – 1241
8 (7). İspaniya - 1241
9 (9). İsveçrə - 1218
10 (10). Fransa – 1212
 
 
AVRO-2016-nın seçmə mərhələsində rəqiblər 
 
14 (14). İtaliya – 1069
16 (17). Xorvatiya – 964
53 (53). Norveç - 512
72 (72). Bolqarıstan - 429
73 (73). AZƏRBAYCAN - 413
150 (150). Malta – 143

Xəbər xətti