Ədaləti Manuel Qrafe qoruyacaq
	 
	Avropa Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Tvente" oyununa təyinatlar açıqlanıb. Sportal.az xəbər verir ki, Ağdam klubunun Hollandiya təmsilçisi ilə avqustun 21-də baş tutacaq ilk qarşılaşmasını almaniyalı hakimlər briqdası idarə edəcəklər.
	 
	Baş hakim Manuel Qrafe təyin olunub. Onun köməkçiləri Holger Henşel və Kristian Gittelmann olacaq. 4-cü hakim funksiyasını isə Quido Vinkmann yerinə yetirəcək.
	 
	UEFA nümayəndəsi Gürcüstandan olan Dmitri Bokeriya, hakim-inspektor isə Danimarkadan Yorrn Vest Larsendi.
                      
saytlarin hazirlanmasi