Klub rəhbəri baş məşqçi və kapitanla görüşdü
Avropa Liqasının pley-off mərhələsində "Neftçi"nin rəqibi olan "Partizan" klubunda böhran davam edir.
Sportal.az xəbər verir ki, "Partizan"ın futbolçuları növbəti dəfə məşqə çıxmaqdan imtina ediblər.
Ötən gün klubun rəhbəri baş məşqçi Marko Nikoliç və kapitan Saşa İliçlə görüşüb. Həmin görüşdə tezliklə futbolçuların maaşlarının ödənilməsi ilə bağlı rəhbərlik oyunçulardan vaxt istəyib.
Klub rəhbərliyi yaxın iki-üç gün ərzində borcların ödənilməsinin mümkün olmadığını, lakin transferlərdən və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaqlarıhalda əldə olunacaq gəlir hesabına futbolçuların maaşlarını verə biləcəklərini bildirib. Futbolçular isə maaşlarını almayana qədər meydana çıxmayacaqlarını söyləyiblər.
Qeyd edək ki, "Partizan" klubu avqustun 21-də Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində evdə "Neftçi"ni qəbul edəcək. Bu komandalar arasında cavab qarşılaşması isə avqustun 28-də, Bakıda keçiriləcək.
saytlarin hazirlanmasi