Avqustun 20-də "Bakcell Arena"da Azərbaycan və Özbəkistan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyunu ilə əlaqədar avqustun 17-dən 20-dək Bakı şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı təşkil olunacaq.
Sportal.az xəbər verir ki, artıq baş məşqçi Berti Foqts heyəti də açıqlayıb.
Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq: Kamran Ağayev (Qəbələ) Səlahət Ağayev (İnter) Rasim Ramaldanov (Xəzər Lənkəran) Mahir Şükürov (Karşıyaka, Türkiyə) Elnur Allahverdiyev (Qəbələ) Emin Cəfərquliyev (Araz Naxçıvan) Ufuk Budak (Qaziantep BB, Türkiyə) İlkin Qırtımov (Simurq) Əli Gökdemir (Simurq) Emin Nuri (Kalmar, İsveç) Məhəmməd Mirzəbəyov (İnter) Rahid Əmirquliyev (Xəzər Lənkəran) Ruslan Abışov (Qəbələ) Taşkın İlter (Ayntraxt, Braunşveyq, Almaniya) Abdulla Abasıyev (İnter) Cavid Hüseynov (Qəbələ) Əfran İsmayılov (Xəzər Lənkəran) Vaqif Cavadov (Qaziantep BB, Türkiyə) Rauf Əliyev (Xəzər Lənkəran) Cihan Özkara (Sivasspor, Türkiyə) Rüfat Dadaşov (Tsvaybrüken, Almaniya) Tuğrul Erat (Fortuna, Düsseldorf, Almaniya) Dmitri Nazarov (Karlsrue, Almaniya) Kiyan Soltanpur (Sumqayıt)
Qeyd edək ki, "Simurq", "Qəbələ" və "Araz Naxçıvan" klublarının futbolçuları, həmçinin Toğrul Erat, Dmitri Nazarov və Emin Nuri təlim-məşq toplanışında avqustun 18-dən iştirak edəcəklər.
saytlarin hazirlanmasi