Mətbuat və azarkeşlər üçün açıq məşqlər
Avqustun 17-dən 20-dək Bakıda Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək.
Sportal.az xəbər verir ki, komandamızın məşqləri azarkeş və mətbuat nümayəndələri üçün açıq olacaq.
İlk məşq ayın 17-də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda, sonrakı məşq isə bir gün sonra “Bakcell Arena”da reallaşacaq. Toplanışın son günü milimiz yenidən İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda məşqini keçirəcək.
Qeyd edək ki, Azərbaycan və Özbəkistan yoldaşlıq görüşü avqustun 20-də saat 21:0-da “Bakcell Arena”da baş tutacaq.
saytlarin hazirlanmasi