"Tvente"dən daha bir transfer

13:45 - 18 Avqust 2014

"Qarabağ"ın rəqibi heyətini gücləndirir
 
 
Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Hollandiyanın "Tvente" klubu heyətini gücləndirib.
 
Sportal.az xəbər verir ki, "Tvente" Hollandiya U-21 yığmasının və "Herenven" klubunun yarımmüdafiəçisi Hakim Ziyexi transfer edib. Hollandiya klubu 21 yaşlı futbolçu ilə 4 illik müqavilə bağlayıb. Artıq Ziyexin adı Avropa Liqasının sifariş ərizəsinə də daxil edilib və gənc futbolçu şans veriləcəyi təqdirdə, avqustun 21-də "Qarabağ"la matçda meydana çıxa biləcək.
 
Qeyd edək ki, avqustun 21-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək "Qarabağ" - "Tvente" oyunu saat 21:00-da başlayacaq. 

Xəbər xətti