"Azərbaycan yığmasında heç kimi tanımıram"

15:10 - 19 Avqust 2014

Mircəlal Qasımov:" Azərbaycan futbolçuları həmişə texniki cəhətdən seçiliblər” 
 
“Azərbaycan millisinin ABŞ-la yoldaşlıq oyununa baxmışam. Həmin matçda amerikalılar künc zərbəsindən sonra qol vurdular. Azərbaycan futbolçuları həmişə texniki cəhətdən seçiliblər”. 
 
 
Sportal.az xəbər verir ki, Özbəkistan yığma komandasının baş məşqçisi Mircəlal Qasımov millimizlə yoldaşkıq oyunu öncəsi belə deyib:
 
“Sabah maraqlı oyun olacaq. Milliyə yeni cəlb olunan futbolçuları yoxlama üçün bundan yaxşı şans olmayacaq. Rəqibin bizə qarşı meydana əsas heyətlə çıxmamağı problem deyil. Çünki bu oyun FİFA-nın təqviminə aid olmayan bir qarşılaşmadı. Azərbaycan millisininin heyətində heç kimi tanımıram. Yalnız 4 (Mahir Şükürov) və 7 (Vaqif Cavadov) nömrəli formanı geyinən futbolçuların yaxşı oyunçular olduğunu bilirəm”.
 
Nircəlal Qasımov bildirib ki, millimizlə oyunu keçirməkdə əsas məqsəd İordaniya və Yeni Zelandiya ilə seçmə görüşlərə hazırlaşmaqdı:
 
“Biz qarşıdakı seçmə oyunlara hazırlıq görürük. Azərvaycan millisi isə Avropa çempionatının seçmə qrup mərhələ oyunlarına sentyabrda başlayacaq. Ümid edirəm ki, milli komandanız uğurlu nəticə əldə edib final mərjələsinə vəsiqə qazanacaq.  Azərbaycan milli komandasına qarşıdakı oyunlarda uğurlar arzulayıram”. 

Xəbər xətti