Rusiya yığmasının millimizlə oyun üçün heyəti açıqlandı

16:10 - 19 Avqust 2014

Fabio Kapello 32 futbolçuya dəvət göndərib

 

Rusiya millisinin sentyabrda keçirəcəyi qarşılaşmalar üçün ilkin heyəti məlumdur. 

 


Sportal.az xəbər verir ki, baş məşqçi Fabio Kapello qarşıdakı oyunlar üçün 32 futbolçuya dəvət göndərib.

 

Qeyd edək ki, sentyabrın 3-də millimizlə qarşılaşacaq Rusiya yığması 5 gün sonra "Avro-2016"nın seçmə mərhələsinin çərçivəində ilk matçında Lixtenşteynlə qarşılaşacaq. 

 

Qapıçılar: İqor Akinfeyev (CSKA, Moskva), Yuri Lodıqin ("Zenit"), Artem Rebrov ("Spartak", Moskva)

 

Müdafiəçilər: Aleksey Berezutski, Vasili Berezutski, Sergey İqnaşeviç, Kirill Nababkin (hamısı CSKA, Moskva), Vladimir Qranat ("Dinamo"), Andrey Yeşenko ("Kuban"), Dmitri Kombarov, Yevgeni Makeyev, Sergey Parşivlyuk (hamısı "Spartak") Andrey Semenov ("Terek"), İqor Smolnikov ("Zenit").

 

Yarımmüdafiəçilər: Yuri Qazinski ("Krasnodar"), Denis Qluşakov ("Spartak"), İqor Denisov, Aleksey İonov (hər ikisi "Dinamo"), Alan Zaqoyev (CSKA, Moskva), Pavel Moqileveç, Maqomed Ozdoev (hər ikisi "Rubin"), Dmitri Tarasov, Aleksandr Səmədov (hər ikisi "Lokomotiv"), Viktor Fayzulin, Oleq Şatov (hər ikisi "Zenit").

 

Hücumçular: Artem Dzyuba ("Spartak"), Aleksandr Kerjakov ("Zenit"), Kiril Pançenko (CSKA, Moskva), Aleksandr Kokorin ("Dinamo"), Maksim Kanunnikov ("Rubin"), Dmitri Poloz ("Rostov"), Denis Çerışev ("Vilyareal", İspaniya) 

Xəbər xətti